29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Su-30 ABŞ təyyarəsinə “hücum” etdi - VİDEO

22.07.2019

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Venesuelaya məxsus Su-30 təyyarəsinin Amerikanın EP-3 kəşfiyyat təyyarəsini "aqressivcəsinə izlədiyi” barədə məlumat yayıb.
İnsidentin 19 iyulda baş verdiyi bildirilib. Məlumatda Su-30-un EP-3-ün ekipajına və təyyarənin özünə ciddi risk yaratdığı vurğulanıb.
Bu gün yayılan videoda Su-30-un ABŞ təyyarəsinə təhlükəli məsafədə yaxınlaşdığı görüntülənib
Qeyd edək ki, bundan öncə Venesuela ABŞ təyyarəsinin hava sərhədini pozduğunu bəyan edib. İddia edilib ki, təyyarə ilə əlaqə yaratmaq mümkün olmayıb, yalnız Su-30 havaya qalxdıqdan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi uzaqlaşıb.
ABŞ ekspertləri isə Venesuelanın bu addımını "Rusiyanın birbaşa hərbi dəstəyinin nümayişi” adlandırıb.