29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda qarşıdurma: “Sepah”çılar öldürüldü

22.07.2019

İranın Sistan-Bəlucistan əyalətində sünni məzhəbinə məxsus müxalif bəluclarla baş verən silahlı qarşıdurmada 2 "Sepah”çı öldürülüb, 2-si yaralanıb.
Bu barədə "Sepah”ın "Qüds” qərargahı məlumat yayıb.
Məlumata əsasən, hadisə Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Səravan şəhərinin Keştqan məntəqəsində baş verib. Bölgədə reyd keçirən "Sepah”çılarla kimliyi hələlik bəlli olmayan yaraqlı bəluclar arasında qarşıdurma yaranıb. Atışma nəticəsində 2 "Sepah”çı (Möhsün Nəqibi və Əbdülxaliq Drazhi) yerindəcə öldürülüb, 2-si (Məhəmməd Suri və Şəmsəddin Budaq) yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Yaraqlı bəluc dəstə üzvlərinin hansı müxalif bəluc təşkilatına bağlı olması barədə hər hansı bir məlumat yayılmayıb. Müxalif bəluclar hadisə yerindən qaça biliblər.