29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

20 iyul - Beynəlxalq Tort Günü?

20.07.2019

İyulun 20-də Beynəlxalq Tort Günü qeyd edilir. İnsanlar və xalqlar arasında sülhə və dostluğa həsr olunmuş bu bayramın devizi "Mən sənin yanına tortla gələcəm” kimi tərcümə edilə bilər. Şənliklərdə yaşı, milliyyəti və kulinar vərdişlərindən asılı olmayaraq hər kəs iştirak edə bilər.
Bu bayramı ilk dəfə Məhəbbət Səltənəti "Milan klubu” keçirib. Burada dostluq və həyata ümumi baxış əlamətlərinə görə birləşən yaradıcı insanlar toplaşıblar. O vaxt Milana Qorenşteyn Qüdsdə "Şirin arzu” adlı ilk musiqili tort hazırlayıb və onun təqdimatını keçirib.
2011-ci ildə Tort Günü artıq beynəlxalq xarakter kəsb edib. İnsanlar hazırladıqları tortların fotoşəkillərini xüsusi sayta yerləşdirirdilər. Məmulatın məcmu qabarit ölçüləri ilk beynəlxalq sülhyaratma tortu adlanıb.
Hər il Beynəlxalq Tort Gününün iştirakçısı olan ölkələrin şəhərlərində yerli hakimiyyət orqanlarının dəstəyi ilə əyləncə tədbirləri – musiqili qənnadı tamaşaları, ustad dərsləri, kulinar yarmarkaları. Müəllif şedevrləri hərracları, yarışlar və sərgilər keçirilir. İctimai təşkilatlar və xeyriyyəçilər uşaq evlərində və xəstəxanalarda xeyriyyə aksiyaları təşkil edirlər. Təntənəli tədbirlər başa çatandan sonra iştirakçılar bayram saytının əsas səhifəsində fotohesabatlar, videohesabatlar və reportajlar yerləşdiriblər.
Həmin gün insanlar ictimai tədbirlərdə iştirak etməkdən əlavə tortlar hazırlayır və bu deserti də özləri ilə götürüb dostlarına qonaq gedirlər.