26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qrizmana görə "Barselona"ya intizam işi açıldı

20.07.2019

İspaniyanın Kral Futbol Federasiyası (RFEF) fransalı hücumçu Antuan Qrizmanın "Atletiko Madrid"dən Kataloniya klubuna keçidi ilə bağlı "Barselona"ya qarşı intizam işi açıb.
Qrizmann "Atletiko Madrid"dən "Barselona"ya iyulun 12-də 120 mln. avroya keçib.
Sonradan Madrid klubu bəyanatla çıxış edərək bildirib ki, "Barselona" fransalı hücumçu ilə 2018-ci ildən danışıqlar aparıb və Qrizmanının Madrid klubunun rəhbərliyi ilə təzminat miqdarının azaldılması barədə razılıq əldə etməsinə təsir göstərib.
Sonradan xəbər yayılıb ki, "Atletiko" futbolçunun mart ayında Kataloniya klubu nümayəndələri ilə apardığı danışıqlara dair sübutlara malikdir.
Madrid klubu "Barselona"dan futbolçuya görə ilkin təzminat məbləğinə daxil olan daha 80 mln. avro tələb edəcək.