25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Antuanla bağlı araşdırma başlayıb

20.07.2019

Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın İspaniya təmsilçiləri"Atletiko”dan "Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb.
 İspaniya Kral Futbol Federasiyası Kataloniya təmsilçisinin oyunçu ilə danışıqları qaydalar çərçivəsində aparıb-aparmadığını müəyyənləşdirməyi zəruri sayıb.
Buna "Atletiko” rəhbərliyinin quruma şikayət etməsi səbəb olub. Madrid klubu "Barselona”nın futbolçu ilə qaydalarla icazə verilən vaxtdan əvvəl danışığa başlamasından narazıdır.
Məhz bu səbəbdən 28 yaşlı futbolçunun keçidi 200 milyon deyil, 120 milyon avroya başa gəlib. "Atletiko” da həmin 80 milyonun verilməsi tələbini irəli sürüb.
Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da çıxış edən A.Qrizmann bu müddətdə 180 oyuna 94 qol vurub.