ABŞ Səudiyyəyə  geri dönür 
    
                          
     
                         20.07.2019
 
    
                        ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Riçard Spenser Səudiyyə Ərəbistanına ABŞ hərbçiləri və lazımi resursların yerləşdirilməsinə razılıq verib.
Bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.
Məlumatda ABŞ hərbçilərinin Səudiyyə ərazisinə bu ölkənin dəvətiylə gəldiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Səudiyyə kralı ABŞ ordusunun krallıq ərazisində yerləşdirilməsinə izn verib. ABŞ mətbuatı isə bir neçə gün əvvəl ABŞ-ın Səudiyyə Ərəbistanındakı Sultan aviabazasına 500 hərbçi göndərəcəyi haqqında məlumat yayıb.
ABŞ Səudiyyə Ərəbistanındakı hərbçilərinin böyük hissəsini 2003-cü ildə çıxararaq, Sultan aviabazasının idarəçiliyini krallığa verib. Bundan sonra Səudiyyə ərazisində ABŞ-ın yalnız kiçik bir hissəsi qalıb.