27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamal Abdulla jurnalistləri ADU-ya topladı

19.07.2019

Media nümayəndələri iyulun 19-u Azərbaycan Dillər Universitetində (ADU) mükafatlandırılıb.
ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib.
"Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.
Elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən yaradılan ilk qəzetin - "Əkinçi”nin həmin xalqın maarriflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova isə "Əkinçi”dən başlayan, "Molla Nəsrəddin”lə möhkəmlənən bu şərəfli və çətin yolun müstəqillik illərində davam etdirildiyini və dünya mətbuatı səviyyəsinə çatdırıldığını söyləyib.
ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamənin verilməsinin böyük qürur olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən "İki Sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə ADU-nun rektoru Kamal Abdullanın cəmiyyətə açıq insan olduğunu söyləyib.
Sonda ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Xarici İşlər Nazirliyinin protokol şöbəsinin nümayəndəsi tədbirə qatılaraq Kamal Abdullanı fərqlənmə nişanı ilə təltif edib və rektorun tələbəsi olduğunu vurğulayıb.