27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı gəncin çöplərdən yaratdığı əsər- VİDEO

19.07.2019

Lənkəranın Separadi kəndində yaşayan 25 yaşlı gənc çöplərdən və taxtadan maketlər hazırlayır.
Ülfət Bədəlov işdən sonra boş vaxtlarında internetdən seçdiyi eskizlər əsasında əl işləri düzəldir.
Onun ilk hazırladığı maket Eyfel qülləsi olub.
Ülfət deyir ki, bu iş əl qabiliyyəti ilə yanaşı, səbr də tələb edir. Çünki bir maketin hazırlanması bəzən iki-üç aya qədər vaxt aparır.
Hazırladığı maketləri indiyə qədər müxtəlif sərgilərdə nümayiş etdirən Ü.Bədəlov əl işlərinə görə fəxri fərmana da layiq görülüb.
Onun ən böyük istəyi isə əl işlərini genişləndirib sərgi təşkil etməkdir.
Ü.Bədəlov gələcək planlarından da danışıb. O qeyd edib ki, Qız qalasının, eləcə də 2,5 metr uzunluğunda "Titanik” gəmisinin uzaqdan idarə olunan maketini hazırlamaq istəyir.