19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

“S-400”-ə görə NATO zəifləyə bilər - Akar

19.07.2019

Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri almasına cavab olaraq Vaşinqtonun Ankaranı "F-35” proqramından çıxarması NATO-nun gücünə, xüsusən də onun cənub cinahına mənfi təsir göstərəcək.
"Anadolu” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Suriya ilə sərhədində yerləşən qoşunları yoxladıqdan sonra deyib.
Onun sözlərinə görə, Türkiyəni layihədən çıxarmaq cəhdləri ilə bağlı təktərəfli qərarın qanuni əsası yoxdur.
Xatırladaq ki, Vaşinqton "S-400” komponentlərinin Türkiyəyə davam edən tədarükləri fonunda Ankaranın "F-35” qırıcıları proqramında gələcək iştirakının mümkün olmadığını bəyan edib.