29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“S-400”ləri yaradan azərbaycanlı - FOTO

18.07.2019

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.
Bununla bağlı "Yeni Akit” material dərc edib. Məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan "Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi "S-300 Favorit” və "S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.
Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:
"İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. "S-300” və "S-400”ün yaradıcısıdır”.
Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.
Xatırladaq ki, Türkiyə uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan "S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.