02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əhmədov İsrailli nazirlərlə görüşüb

17.07.2019

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfər çərçivəsində Norveçin Beynəlxalq inkişaf naziri Dag Inge Ulstein və İsrailin Ətraf mühitin mühafizəsi naziri və Təhlükəsizlik Şurasının üzvü Zeev Elkinillə görüşüb.
Görüş zamanı ölkələr arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. 
Norveçin Beynəlxalq inkişaf naziri ilə görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyü vurğulanıb. Bununla yanaşı, Dayanıqlı İnkişaf üzrə bu il təqdim edilən Azərbaycanın ikinci könüllü Milli Məruzəsinin yüksək səviyyədə hazırlandığı, inkluziv inkişaf və özəl sektorun prosesə cəlb edilməsi məsələlərinin məruzədə geniş işıqlandırılmasının təqdirəlayiq olduğu qeyd edilib. 
İsrailin ətraf mühitin mühafizəsi naziri və təhlükəsizlik şurasının üzvü Zeev Elkin ilə görüşdə Əli Əhmədov İsrail və Azərbaycan münasibətlərinin inkişaf etdiyini və bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Eyni zamanda, İsrailin ətraf mühitin mühafizəsi naziri Azərbaycan Respublikası ilə İsrail arasında daim dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində yeni əməkdaşlıqlarla daha da möhkəmlənəcəyini diqqətə çatdırıb. Ölkələrimiz arasında təhsil, səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın davam etdiyini, növbəti illərdə su və su resurslarının səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını və bununla bağlı ölkəmizə səfər etmək niyyətini bildirib. 
Bununla yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.