03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə nüvə başlıqları var - “Gizli sənəd”

17.07.2019

ABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və bombası saxlayır. Bunlardan 50-si Türkiyədə - Adanada yerləşən İncirlik hərbi bazasındadır.
Bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı "gizli sənəd”də deyilib.
Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı saxlanılır (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).

NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:

* Belçika - Kleyn Brogel aviabazası,

* Almaniya – Büşel bazası,

* İtaliya - Aviano və Gedi-Torre bazaları,

* Hollandiya - Volkel aviabazası,

* Türkiyə - İncirlik aviabazası.