03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meyvə-tərəvəz nə vaxt ucuzlaşacaq? - RƏSMİ CAVAB

16.07.2019

Azərbaycanda hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
O bildirib ki, nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:
"Sərbəst bazar iqtisadiyyatında bu, mümkün də deyil. Apardığımız müşahidələrə, araşdırmalarımıza, fermerlərlə söhbətlərdən çıxan nəticələrə gəlincə deməliyəm ki, birincisi, indiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.
Bir neçə müddətdir xüsusilə qərb bölgəsində, şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir”.
V.Hüseynov qeyd edib ki, yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq:
"Bazarda məhsulun bol olması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yığımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb”.