02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransız akademik İranda həbs edildi

16.07.2019

İran əsilli fransalı akademik Fariba Adelha İranda həbs edilib.
Bu məlumatı Fransa mətbuatı Xarici İşlər Nazirliyinə istinadən yayıb. Məlumata görə, akademikin konsulluq xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulub.
Rəsmi Paris Fariba Adelha ilə bağlı situasiyanın aydınlaşdırılmasını Tehrandan tələb edib.
Fransa mətbuatının iddiasına görə, fransalı akademik casusluqda ittiham edilərək həbs olunub.
Qeyd edək ki, Fariba Adelha antropoloqdur. O, Paris Siyasi Tədqiqatlar İnstitutunda çalışır.
***
Rəsmi Tehran İran mənşəli fransız qadın aliminin həbs olunduğunu təsdiqləyib.
Məlumata görə, İranın ədliyyə orqanlarının sözçüsü Qulamhüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında alim Fariba Adelhanın həbs olunduğunu təsdiq etsə də, insidentin səbəblərini izah etməyib.
O əlavə edib ki, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.