03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcülərin yeni lideri - David Bakradze

16.07.2019

Gürcüstan ictimaiyyətində ən nüfuzlu siyasətçilərin adı açıqlanıb.
Bu nəticə Amerikanın Respublikaçılar İnstitutunun apardığı sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Gürcüstanın ən nüfuzlu siyasətçisi Avropa Gürcüstanı Partiyasının liderlərindən biri olan David Bakradze (59%) seçilib. Ondan sonrakı yeri isə hakim Gürcü Arzusu Partiyasının ən nüfuzlu nümayəndəsi Kaxa Kaladze (49%) tutub. Üçlüyü Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze (48%) tamamlayıb.
İlk onluqda həmçinin Respublikaçılar Partiyasının sədri David Usupaşvili (41%), Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili (41%), jurnalist Aleko Elisaşvili (40%), Daxili İşlər naziri Georgi Qaxariya (40%), Baş nazir Mamuka Baxtadze (38%), Prezident Salome Zurabişvili (36%), deputat Georgi Vaşadze (35%) və Bidzina İvanişvili (35%) yer alıb.
Təşkilat həmçinin partiyaların reytinqini də müəyyən edib. Belə ki, sorğuya əsasən, yenə də ölkədə ən çox dəstəklənən partiya Gürcü Arzusu (26%) olub. Ondan sonrakı yerdə Vahid Milli Hərəkat Partiyası (22%) dayanıb. Avropa Gürcüstanı Partiyası (7%), Vətənpərvərlər Alyansı Partiyası (5%), Leyboristlər Partiyası (5%), Vətəndaş Hərəkatı (2%), Vahid Gürcüstan Partiyası (2%) və digərləri sonrakı yerləri bölüşüb.
Gürcülərin 6%-i heç bir partiyanı dəstəkləmədiklərini, 22% isə hələlik qərar vermədiklərini deyiblər.