02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənipərəst Zaxarova yenə təriflər yağdırdı

16.07.2019

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən ermənilərin ünvanına təriflər yağdırmağa başlayıb.
Xəbər verildiyi kimi, Zaxarova təriflərini Rossiya-24-də yayımlanan "Vladimir Solovyovla bazar axşamı” proqramında çıxışı zamanı dilə gətirib.
"Erməni qonaqpərvərliyinin sərhədi yoxdur. Bu, həqiqətən çox gözəldir, çox əyləncəlidir. Ən fantastik olan odur ki, məni burada tamam fərqli adamlar qəbul etdilər. Bu danışıqlar jurnalistlərlə, rəsmi şəxslərlə oldu, ona görə ki, mən ezamiyyətdəydim”, – deyə o bildirib.
Zaxarova İrəvanda çətin siyasi və tarixi məsələləri müzakirə etdiyini söyləyib:
"Məni heyran edən tarixi, mədəni məsələləri milli qürurunun bir hissəsi edən çox temperamentli adamların ən çətin mövzularda hörmətlə danışmağı və müzakirə etməyi bacarmaları idi. Ermənistanda hər kəs üçün əlçatan olan mədəniyyəti və böyüklüyü gördüm”.