08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi bankdan manatla bağlı - AÇIQLAMA

11.04.2018

Ölkəmizdə makroiqtisadi sabitlik mövcuddur. Onun çox ciddi iqtisadi dayaqları var. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb.
Bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib. Manatın zəifləyəcəyi ilə bağlı yayılam məlumatlara münasibət bildirən sədr bunun real olmadığını vurğulayıb.
"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan, manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızda izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 0,3 faiz dərəcəsində nağd valyuta müəyyən valatelik yarada bilir. Amma bu ciddi bir şey deyil".
E.Rüstəmov qeyd edib ki, qəsmi məzənnə sabitdir: "Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırırram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək", - deyə bildirib.
"DM"