03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kriminal avtoritetlə bağlı qərar verildi

15.07.2019

Azərbaycanlı qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun barəsindəki hökmdən apelyasiya şikayəti və prokurorluq tərəfindən verilən protest üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K.Əmirov, İ. İbrahimov və R.Kərimov barəsində prokurorluğun verdiyi protest təmin edilib. K.Əmirov, İ.İbrahimov və R. Kərimovun hər birinin cəzası daha 6 ay uzadılıb. Rüfət Əmirovun isə cəzası dəyişdirilmədən saxlanılıb. O, cəzası başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 144-cü (adam oğurluğuna cəhd), 234-cü (qanunsuz narkotik saxlama), 228-ci (qanunsuz silah gəzdirmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əmirov, İ.İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 29.144-cü maddəsi ilə bəraət verilib.
Xatırladaq ki, Əmirov qardaşları azərbaycanlı qanuni oğru Nadir Səlifovun yaxın adamları hesab olunur.