02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təyyarələr Ankaraya enir: ABŞ susqunluq içindədir

15.07.2019

Vaşinqton hazırda Ankara üçün yeni sərt sanksiyalar hazırlayır və buna görə də hələlik heç bir reaksiya vermir.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Rusiyadan S-400-ləri alması prosesinin bir neçə gündür davam etməsinə ABŞ-ın heç bir reaksiya verməməsi haqqında danışarkən deyib. O bildirib ki, ABŞ artıq hansısa boş bəyanatlar verməyəcək, Türkiyəyə qarşı sanksiyalara başlayacaq:
"ABŞ bu günə qədər Türkiyəyə Prezident və XİN səviyyəsində lazımı sözləri deyib və öz xəbardarlığını dəfələrlə edib. Vaşinqton elə hesab edirdi ki, Ankara onun təhdidlərinə boyun əyib, S-400-ləri almaqdan vaz keçəcək. Lakin Türkiyə təhdidlərə məhəl qoymayaraq, S-400-ləri Rusiyadan aldı. Bundan sonra artıq ABŞ Ankaraya qarşı sərt mövqedə hərəkət edəcək. Həmçinin Almanıya, Fransa və Belçika da Türkiyəyə qarşı ABŞ-ın yanında olacaq. Ümumiyyətlə, Qərb artıq təhdid və xəbərdarlıqla deyil, birbaşa Ankaraya qarşı ağır sanksiyalara başlayacaq”.
Q.Hüseynli hazırda Türkiyəyə S-400-ləri almağın heç bir xeyri olmadığını bildirib:
"Hesab edirəm ki, S-400-ləri almaq hərbi baxımdan Türkiyə üçün o qədər də vacib deyildi. Çünki ölkə iqtisadiyyatının bu qədər ağır vəziyyətində 2.5 milyard dolları belə ağır silaha xərcləməyi doğru hesab etmirəm. Ümumiyyətlə, ABŞ-ın sanksiyalar tətbiq etməsi gündəmə gələndən Türkiyə iqtisadiyyatında ciddi zəifləmələr başladı. Bütün bunları nəzərə alaraq aydın görünür ki, Türkiyə S-400-lərlə bağlı tələsik qərar verib”.
Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul qiyamının ildönümündən sonra Türkiyəyə qarşı sanksiyaların elan edəcəyi gözlənilir.