29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı tələbə beynəlxalq konqresdə çıxış edib

15.07.2019

Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika fakültəsinin IV kurs tələbəsi Hafiz Həsənov Fransanın Paris şəhərində keçirilən "Global Heart Congress"də məruzə ilə çıxış edib və sertifikatla təltif olunub.
Konqresdə kardiologiya sahəsində olan elmi kəşflər və yeni metodlar müzakirə edilib. Toplantıda Braziliya, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Fransa, Belarus, Birləşmiş Ərəb Əmirliklərindən olan həkim və elm adamları kardiologiya sahəsinə dair yeni fikir və ideyalarını paylaşaraq müzakirələr aparıblar.
Konfrans iştirakçıları arasında gələcək elmi işlərin müştərək həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub.
Konqresdə kardioreabilitasiya, kardiocərrahiyyə, kardio onkologiya, molekulyar kardiologiya, ürək çatışmazlıqları, angiqrafiya, nuklear kardiologiya mövzularını əhatə edən məruzələr dinlənilib.