29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu avtoritet türk ölkəsini çalxalayır

15.07.2019

Qırğızıstan Daxili İşlər Nazirliyi kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsiylə əlaqədar Müdafiə Şurasının keçmiş katibi Busurmankula Tabaldiyevi axtarışa verib.
Bu məlumatı "İnterfaks” agentliyi yayıb. Məlumata görə, Tabaldiyev DİN tərəfindən korrupsiyada ittiham olunub.
Qeyd edək ki, Batukayevlə bağlı cinayət işi Qırğızıstanda hakimiyyət dəyişikliyindən dərhal sonra aktivləşdirilib. Kriminal avtoritetin qanunsuz həbsdən azad edilməsiylə bağlı artıq Baş nazirin keçmiş müavini Şamil Ataxanov, keçmiş baş prokuror Aidə Salyanova, keçmiş səhiyyə naziri Dinarə Saqınbayevə həbs edilib. Ataxanov və Saqınbayevin həbsi sonradan ev dustaqlığı ilə əvəzlənib.
Cinayət işinə eks-prezident Almazbek Atambayevin də adı qarışıb. Dindirilmə üçün Atambayevə iki dəfə sorğu göndərilsə də, o, Baş Prokurorluğa gəlməyib. Eks-prezident sonradan açıqlama yayaraq həbs ediləcəyi təqdirdə özünü öldürəcəyini bildirib.