30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron paradda fitə basıldı - VİDEO

14.07.2019

Parisdə Bastiliya qalasının alınması münasibətilə keçirilən parad zamanı "sarı jiletlilər" asayişi pozmağa cəhd göstəriblər.
Report xəbər verir ki, polis barrikadalar qurmağa cəhd göstərən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qanunsuz silah daşıma, asayişi pozma, ictimai yerlərə zərər vurma səbəbləri ilə 152 etirazçı dindirilib, onlardan bir neçəsi nəzarətə götürülüb. Paradda iştirak edən Fransa prezidenti Emmanuel Makronu fitə basan etirazçılar "İstefa", "Makron, səni gəlib evindən aparacağıq", "Hamı polisə nifrət edir" kimi şüarlar səsləndiriblər.