30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xan Çinar qırıldı: yaralılar var - Siyahı + VİDEO

14.07.2019

Bu gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisə yerinə gələn təcili yardım maşınlarının görüntüsünü paylaşanlar isə olay nəticəsində yaralıların, hətta ölənlərin olduğunu iddia edib.
Məlumata görə, yaralılar təcili tibbi yardım və polis maşınları ilə xəstəxanaya aparılır.
***
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Axar.az-a bildirib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:
"Turizm agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar. Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.
Səhiyyə Nazirliyindən verilən məlumata görə isə baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.
Onlardan ikisi xəstəxanaya yerləşdirilib. 17 nəfərdən bəzilərinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan yüksək ixtisaslı mütəxəsislər Şəkiyə çağırılıb.
***
İlkin məlumata görə, ağacın qırılmasına ötən gündən başlayan yağışlı və qeyri-sabit hava səbəb olub.
***
Şəkidə baş vermiş hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti yeni məlumat yayıb.
Məlumata əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. FHN-nin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

Hadisə zamanı xəsarət alanların siyahısı aşağıdakı kimidir:

1940-cı il təvəllüdlü Soltanova Sevinc (Rusiya vətəndaşı)

2004-cü il təvəllüdlü Soltanova Laçın (Rusiya vətəndaşı)

1998-ci il təvəllüdlü Sara Həsən - sağ budun qapalı travması çanaqda (Suriya vətəndaşı)

1952-ci il təvəllüdlü Fariq əl-Həsən (Suriya vətəndaşı)

2003-cü il təvəllüdlü Mariya əl-Həsən (Suriya vətəndaşı)

1965-ci il təvəllüdlü Samirə əl-Həsən (Suriya vətəndaşı)

1988-ci il təvəllüdlü Qalia əl-Həsən (Suriya vətəndaşı)

1983-cü il təvəllüdlü Rəsulova Səbinə

1993-cü il təvəllüdlü Məmmədov Elxan - onurğanın qapalı travması

1998-ci il təvəllüdlü Məmmədova Səkinə

1995-ci il təvəllüdlü Teymurova Validə

1996-cı il təvəllüdlü Ağayev Fərid

1995-ci il təvəllüdlü Məmmədov İlkin - ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq

1994-cü il təvəllüdlü Məmmədova Zemfira

1968-ci il təvəllüdlü Naibə Hüseynova

1961-ci il təvəllüdlü Cəfərova Məryəm

1979-cu il təvəllüdlü Niftəliyeva Könül

1970-ci il təvəllüdlü Xasiyeva Yasəmən

1987-ci il təvəllüdlü Ağamalıyeva Xatirə - sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok