30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şimali Kiprdən yunanlara əməkdaşlıq təklifi

13.07.2019

Şimali Kipr Türk Respublikası (ŞKTR) BMT vasitəsilə Kipr adasının ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarı ilə bağlı yunan Kiprinə əməkdaşlıq təklif edib.
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yaydığı açıqlamada bu əməkdaşlığı dəstəklədiyini bəyan edib. 
"Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının imzaladığı Kipr adası ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarına aid yeni əməkdaşlıq layihəsi BMT vasitəsilə yunan Kiprinə təqdim olunub. Bu əməkdaşlıq təklifinin əhəmiyyətini qiymətləndiririk. Bu əməkdaşlıq təklifi qəbul olunarsa, regional sülhün, bərabərliyin, sabitliyin və əməkdaşlığın inkişafına və Kipr münaqişəsinin həllinə zəmin yaranar”, - XİN-in açıqlamasında bildirilib. 
Türkiyə XİN BMT və Avropa İttifaqını əməkdaşlıq təklifini dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışı və istismarı ilə bağlı fəaliyyəti Yunanıstan və Yunan Kiprinin etirazına səbəb olub. May ayında Türkiyə bayrağı altında "Fatih” qazma gəmisi Kiprin qərb sahilindən 75 kilometr məsafədə qazma işlərinə başlayıb və daha sonra Ankara əraziyə daha bir qazma gəmisi göndərib. Rəsmi Afina və Yunan Kipri gəmi heyətinin həbs edilməsi ilə bağlı Türkiyəyə xəbərdarlıq edib və Avropa İttifaqını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.