29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Külək yanğına səbəb oldu - FOTO

13.07.2019

Dünən axşam saatlarında Yevlax rayonunun Girdəxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.
Bununla bağlı ETSN məlumat yayıb.
Bildirilib ki, ilkin hesablamalara görə, 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.
Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.