29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qırıcılarımız havaya qaldırıldı - VİDEO

13.07.2019

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.
Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.
Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib.Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.Bazalanma aerodromlarından qrup şəklində uçuşlar edən aviasiya vasitələri poliqonlarda işarələnmiş və havadan işıqlandırılan şərti düşmənin yerüstü hədəflərinə müxtəlif kalibrli aviasiya bombaları və raketlərlə hava zərbələri endiriblər.Planlı məşqlər zamanı qarşıya qoyulan tapşırıqlar uçuş heyəti tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.