29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Universiadada iki medal qazandı

13.07.2019

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan millisi medal sıralamasında geriləyib.
Bədii gimnastımız Zöhrə Ağamirova çoxnövçülük yarışlarında gümüş, taekvondoçu Patimat Abakarova isə bürünc medal qazansa da, millimiz reytinq sıralamasında bir pillə geriləyib. Buna səbəb digər komandaların da aktivlərinə qızıl medal yazdırmasıdır. 
Beləliklə, idmançılarımızın qazandığı medalların sayı altıya çatıb. Hazırda 18-ci pillədə qərarlaşan millimizin aktivində iki qızıl, iki gümüş və iki bürünc medal var.
Qeyd edək ki, Azərbaycanın bu gün daha dörd medal qazanmaq şansı var. Belə ki, Zöhrə Ağamirova bədii gimnastikada mümkün dörd finalın (lent, gürz, halqa, top) hər birində finala vəsiqəni təmin edib.