29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Neftçi”nin bu qolları niyə “şübhə altına” alındı? - AÇIQLAMA - VİDEO

12.07.2019

Neftçi açıq-aşkar bu oyunda rəqibindən güclü idi. Püşkatmadan sonra böyük əksəriyyət də "Neftçi”nin qələbə qazanacağına inanırdı.
Bu sözləri açıqlamasında idman eksperti İlkin Xəlilov "Sperantsa" klubunun baş məşqçisi Kristian Yefrosun "Neftçi”- "Sperantsa" qarşılaşmasında Azərbaycan klubunun qalibiyyətini "3-cü şəxslərlə” əlaqələndirməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, "Sperantsa" klubunun baş məşqçisi Kristian Yefros havadan danışmaq əvəzinə, fikrini faktlarla əsaslandırsaydı, daha yaxşı olardı:
"Onun səsləndirdiyi fikirlər əsassızdır. O, məğlubiyyətə don geydirməyə və özünə bəraət qazandırmağa çalışır. Çünki onun məşqçisi olduğu komanda rəqibə müqavimət göstərəcək hazırlıqda deyildi. Onlar meydanda normal futbol oynamağı bacarsaydı, yenə haradasa onun fikirlərini anlamaq olardı. Lakin oyunda açıq-aşkar görünürdü ki, "Neftçi” rəqibindən hər cəhətdən üstündür. Buna görə də Yefrosun fikirləri əsassız və cəfəngiyatdır”.
Qeyd edək ki, dünən axşam Kişinyovda "Neftçi"-"Sperantsa" oyunu baş tutub. Oyunda rəqib komanda "Neftçi"yə 3:0 hesabı ilə məğlub olub.
Oyundan sonra keçirilən mətbuat konfransında isə "Sperantsa”nın baş məşqçisi Kristian Yefros "Neftçi”nin qələbəsini həzm edə bilmədiyini və bu qələbənin hansısa "3-cü şəxslərlə” (hakimlər nəzərdə tutulur – red.) bağlı olduğunu deyib. Yefros öz fikrini əsaslandırmasa da, rəqibi təbrik etmək əvəzinə futbol aləmində xoş qarşılanmayan bir tərzdə bu qələbəyə həqarət edib.
"Neftçi”nin ötəngünkü oyunda vurduğu qolları təqdim edirik: