29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məsud Özil xanımını da biznesə qoşub

11.07.2019

"Arsenal”ın məşhur türk futbolçusu Məsud Özil və həyat yoldaşı, "Türkiyə gözəli” Aminə Gülşə yeni biznes qurub.
"Posta” xəbər verir ki, cütlük iyunun 7-də baş tutan dəbdəbəli toylarından əvvəl İngiltərənin "Citizen Cosmetick Limited” kosmetika firması ilə müqavilə imzalayıb.
Daha əvvəl qəhvə markası çıxaran və öz adına uyğun "M10” loqolu geyim brendi istehsal edən Məsud xanımını da biznesə qoşub. Cütlük hazırladığı markanı məşhurlaşdırmaq üçün adlı-sanlı modelyerlərlə əməkdaşlığa başlayıb.
Onlar musiqi, reklam və film istehsalı kimi sahələrə də qol qoymağa hazırlaşır. Biznesdən gələn gəlir cütlüyün ortaq hesabına yatırılacaq. Pulun müəyyən hissəsi isə müxtəlif yardım fondlarına köçürüləcək.
Qeyd edək ki, altı il öncə 47 milyon avroya "Real”dan (Madrid) "Arsenal”a transfer olunan M.Özil həftəlik 350 min funt sterlinq gəlir əldə edir.
Dünya şöhrətli futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyanın özünün adını daşıyan geyim və ətriyyat markası var. Vikki ərinin dəstəyi ilə bu yaxınlarda şəxsi kosmetika brendini yaratmağa hazırlaşır.