02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarqsyan apreldəki məğlubiyyətə görə cavab verəcək

10.07.2019

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Qarabağda 2016-cı ilin aprel döyüşləri barədə məlumat vermək üçün ölkə parlamentinə dəvət ediləcək.
Ermənistan mətbuatı yazır ki, ölkə parlamentində dörd günlük döyüşlərin təfərrüatının öyrənilməsi üzrə istintaq komissiyasının iclası keçirilib.
Komissiya qısa müddət ərzində parlamentə gəlməli olan şəxslərin siyahısını artıq Müdafiə Nazirliyinə göndərib. Onların arasında S.Sarqsyan da var.
Erməni deputatlar məlumat vermələri üçün Qarabağ separatçılarını çağırmağı da planlaşdırırlar.
Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.
Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi ələ keçirilib.
Dördgünlük döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.