28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tbilisi yaxınlığında partlayış - Terrakt?! + FOTO

10.07.2019

İyulun 10-da gecə saatlarında Tbilisinin Varketili rayonunda, əsasən hərbçilərin yaşadığı çoxmərtəbəli binada partlayış baş verib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, əl qumbarasının partlaması nəticəsində üç nəfər yaralanıb. Onlar şəhərin müxtəlif xəstəxanalarina yerləşdiriliblər.
Sakinlər əvvəlcə terror aktının törədildiyini düşünərək binanı tərk ediblər. Sonra hadisənin əl qumbarasının partlaması nəticəsində olduğu aydınlaşıb və sakinlər evlərinə qayıdıblar.
Bununla belə, hüquq mühafizə orqanlarının işçiləri əl qumbarasının binaya başqa bir şəxs tərəfindən yerləsdirildiyini müəyyən ediblər.
Faktla bağla, "qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.