28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

71 administrasiya rəhbəri işdən çıxarıldı - bir gündə

10.07.2019

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 9-da 71 rayon dövlət administrasiyası rəhbərini işdən çıxarıb.
Azərtac-in yerli KİV-lərə istinadla xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.
Buna səbəb kimi Ukraynanın beşinci prezidenti Petro Poroşenkonun səlahiyyət müddətinin bitməsi göstərilir.
Vladimir Zelenskinin mətbuat xidmətinin məlumatına əsasən, Vinnitsa vilayətində 10, Volınsk vilayətində 8, Donetsk vilayətində 3, Dnepropetrovsk vilayətində 1, Jitomir vilayətində 2, Zakarpat vilayətində 3, Kirovoqrad vilayətində 10 və Lvov vilayətində 5 rayon dövlət administrasiyasının rəhbəri işdən qovulub.
Bir qədər əvvəl Zelenski hökumətin razılığı ilə vilayət dövlət administrasiyasının əksər rəhbərini işdən çıxararaq yenilərini təyin etmişdi. Prezident komandasından verilən məlumata əsasən, administrasiya rəhbərlərinin seçilməsi şəffaf müsabiqə yolu ilə olmalı idi. Lakin sonradan vaxt çatışmazlığı səbəbindən bu ideyadan imtina edilib.