27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcü müxaliflər Moskvaya gedir

10.07.2019

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasının deputatları yaxın günlərdə Moskvaya səfər edəcəklər.
Xəbər verildiyi kimi, bu sözləri öz Feysbuk səhifəsində partiyanın lideri, Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili paylaşıb. O, səfər zamanı əsas müzakirə mövzusunun Gürcüstan-Rusiya münasibətləri olacağını bildirib:
"Bizim komandanın üzvləri yaxın zamanlarda Moskvaya səfər edəcəklər. Bilirsiniz ki, biz Rusiyadakı Gürcüstan vətəndaşları üçün vizaların ləğvi barədə razılaşmışıq. Ölkəmizlə bağlı vacib məsələlərə çox pozitiv baxırdıq. Provokatorlar ölkəni geriyə atdılar və bu, ilk dəfə baş vermir. Biz Tanrının köməyi ilə yenidən çıxış tapacağıq. Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmiz üçün çox faydalar gətirəcək”.
O, gürcü deputatların nə zaman Moskvaya göndəriləcəyini və kimlərlə görüşəcəyini açıqlamayıb.