08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ gəmiləri Suriyada: Rus qırıcıları havaya qalxdı

10.04.2018

"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın "Donald Kuk” hərbi gəmisi Suriya sahilinə yaxınlaşıb. 
Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər.
Gəmilərin Suriyaya Kiprdən gəldiyini bildirilir. Hərbi gəmi 60 ədəd "Tomaqavk” raketləri ilə təchiz edilib. 
Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.