04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişvilidən Rusiya hökumətinə müraciət

09.07.2019

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət ünvanlayıb.
Xəbər verildiyi kimi, jurnalistlərə açıqlama verən Zurabişvili Rusiya hakimiyyətindən gürcü siyasətçilərin fəaliyyətinə reaksiya verməməyi xahiş edib.
"Rusiya hökumətini eskalasiyaya getməməyə çağırıram. Əgər qonşu ölkə özünün xarakterizə etdiyi radikal qüvvələrin provokasiyalarına cavab versə, bu, paradoks olacaq və bununla onların destruktiv hədəflərinə çatmalarına yardım edəcək. Qeyd etmək istəyirəm ki, bizim dinc siyasətimiz ölkə və regionda stabilliyin saxlanılması üçün yeganə yoldur. Rusiyada yaşayan vətəndaşlarımıza müraciət edirəm. Mən sizin prezidentinizəm və sizin rifahınız bizim üçün çox vacibdir. Bilirəm ki, hakimiyyət bu situasiyada mümkün olan hər şeyi edəcək ki, siz dinc və stabil yaşamağa davam edəsiniz”, - deyə o bildirib.
Qeyd edək ki, Rustavi-2-də yayımlanan "P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra bir müddət öncə yaranan gərginlik daha da artıb.