29 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Azerbaijan-news.az

thumb SAYTA KEÇ >>
"Azərbaycan" - Rəsmi dövlət qəzeti. Milli Məclisin orqanı.
azerbaijan-news.az saytı həmin qəzetin rəsmi saytıdır.
1918-ci ildə yaradılıb. ADR hökuməti 1918-ci il 3 iyulunda "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri" adı altında öz rəsmi orqanının dərcinə başlanması haqqında qərar verdi. Beləliklə, "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 1919-ci il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Demokratik Respublikası nin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə (Almaniyada) nail olmuşdu.