25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"DM" təqdim edir: Dünya şöhrətli Ürək Damar Cərrahı prof. dr. ÖZTƏKİN OTO

21.06.2019

Öztəkin Oto KİMDİR? 
TANIYAQ!

Öztəkin Oto 14 Fevral 1957-ci ildə Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmir şəhərində anadan olub.
Hacettepe Universiteti Tibb Fakültəsi məzunu olan həkim hazırda uğurla həyata keçirdiyi ürək əməliyyatları ilə tanınmaqdadır. Professor Doktor Öztekin Oto, hazırda Doqquz Sentyabr Universiteti Tibb Fakültəsi Ürək Damar Cərrahiyyəsi Anabilim Bölümünə rəhbərlik edir.
 
 Dərin elmə və təcrübəyə sahiblənən Öztəkin Oto  bu gün Akademik səviyyəsinədək  yüksəlmişdir. Akademik hazırda Avropa Ürək Damar Cərrahiyyəsi Dərnəyinin üzvüdür, Böyük britaniya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Hollandiya, Belçika, Avstriya, Norveç və Misirdə çox sayda konfranslarda elmi məruzələri, təhlil və təkliflərilə çıxış etmiş, beynəlxalq konqreslərdə fəal iştirakçı olmuşdur.

Öztəkin Oto 2010 və 2015-ci illərdə Avropa Ürək Damar Cərrahiyyəsi Konqresinin rəhbərlik edib.  Avropa Ürək Damar Cərrahiyyəsi Cəmiyyətinin ənənəvi illik konqreslərinin 2 dəfə Türkiyədə keçirilməsini təmin edib və Professor Doktor Ziya Aytaçdan sonra Konqresə ölkəsinə ev sahibliyi qazandırmağı bacaran,  yeganə həkimdir.  Türkiyədə 1998-ci ildə pediatriya ürək və ağciyər nəqlini  həyata keçirərək bir İLKə də imza atan məhz Öztəkin Otodur .
 
Öztəkin Oto 1980-ci ildə Hacettepe Universiteti Tibb Fakültəsindən məzun olub və 1986-ci ilin oktyabr ayında Sinə və Ürək Damar Cərrahiyyəsi üzrə mütəxəssis ixtisasına yiyələnib. 1989-ci ildə İzmirdə  Doqquz Sentyabr Universiteti Ürək Damar Cərrahiyyəsi Anabilim Bölümünü qurub, 1990-ci ildə dosent, 1992-ci ildə professor adını almışdır.  2004-cü ilin iyun ayında isə Türkiyə Ürək və Səhiyyə Fondunu təsis etmişdir.
 
 2010-ci ildə Avropa Ürək Damar Cərrahiyyəsi qurumuna üzv seçilmişdir. 2012-ci ildə keçirilən seçki ilə ilk dəfə bir Türk həkimi olaraq Avropa Ürək Damar Cərrahiyyəsi Cəmiyyəti İdarə Heyətinin Sədri seçilmişdir.
 
 Avropa Kardiyotorasik Cərrahiyyə Dərnəyinin üzvü olan Öztekin Oto Avropa Torasik və Ürək-damar Cərrahlar Kabinetində (EBTCS) olub, EBTCS imtahanında hər il münsiflik edir.
 Həmçinin  Transplantasiya İnstitutunun İdarə missiyasını davam etdirir.  Qeyd edək ki, Öztəkin Oto hazırda İzmir şəhərində yaşayır, bir qızı var. Alman və İngilis dillərində sərbəst danışır.

Mətbuatdan bildirildiyi kimi iyun ayının 7-də Türkiyənin məşhur Ürək Damar Cərrahı prof. Öztəkin Oto"Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresində iştirak etmək üçün Bakıda qonaq olub.
Burda olduğu bir neçə gün ərzində həkim yerli televiziya və radio kanallarında yayımlanan sağlamlıq proqramlarına da dəvət aldı. Onun sorağını eşidən yüzlərlə vətəndaşımız studiya ilə canlı bağlantılar qurdular, müraciətlər etdilər, olduqca faydalı məsləhətlər aldılar. Biz də Azərbaycanda yetərincə aktiv fəaliyyət göstərən bir media orqanı olaraq, bütün bu proseslərə şahidlik edirdik. Necə deyərlər səfər boyunca həkim yalnız buraxmadıq. Həkimi Türkiyəyə yola saldıqdan sonra da davamlı olaraq bizə müraciətlər olurdu. Biz də bütün bu diqqətləri nəzərə alaraq qərara gəldik ki, həkim Öztəkin Oto ilə bağlı oxuyucularımıza onun kimliyi və keçmişi hqqında qısa da olsa məlumat hazırlayaq.

Qeyd edək ki, Ürək və Damar xəstəlikləri uzmanı, cərrah Prof. dr. Öztəkin Oto ona müraciət edən, şəfa görmək istəyən vətəndaşları Türkiyənin İzmir şəhərində çalışdığı klinikada qəbul edir.
Həkimin qəbuluna düşmək istəyən şəxslər aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər.

Telefon: +994 (50) 344 84 77;
             +90 (532) 701 42 41.