25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Honkonqda həyəcan başladı

23.05.2020

Çin Honkonqu birbaşa öz nəzarəti altına ala bilər.

Bu məlumatı "Röyter” agentliyi yayıb. Bildirilib ki, Pekin Honkonqda təhlükəsizliyin təmini üçün icra mexanizmi qanun layihəsi işləyib hazırlayıb.

Agentlik honkonqlular və Qərbin bunun internetdə Çin tipli senzura tətbiqinə, eləcə də muxtariyyətin itirilməsinə gətirib çıxaracağını düşündüyünü bildirib. Çin hakimiyyətinin isə yeni hazırladığı qanun layihəsi ilə separatizm, xaricdən müdaxilə və terrorizmə müqavimət göstərə biləcəyini iddia etdiyi vurğulanıb.

İnformasiya artıq Honkonq birjasında həyəcana səbəb olub. Honkonq əhalisi aktiv şəkildə internet blokadasından yan keçməyi bacaran VPN proqramlar endirməyə başlayıblar.

Honkonq rəhbəri Kerri Lam muxtariyyət sakinlərinə müraciət edərək, yeni qanun layihəsinin əhalinin azadlıqlarını əldən almayacağını bəyan etsə də, yerli aktivistlər buna məhəl qoymayaraq, Çinə qarşı yeni etirazlara çağırış ediblər.