26 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü külək görün nə törədib

23.05.2020


Gəncədə axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, eləcə də bir sıra digər ərazilərdə ağaclar aşıb.

Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.