27 05 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
27/05/2020
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Türkiyədə vəziyyət necədir

23.05.2020


Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma tempi davam edir. Ən son məlumata görə, gündəlik ölüm sayı təxminən beş dəfə aşağı enib.

Səhiyyə Nazirliyi xəbər verir ki, mayın 22-də ölkə üzrə 37 min 507 nəfər testdən keçirilib. Onlardan 952 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1121 nəfər sağalıb, 27 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 116 min 111, ölənlərin sayı isə 4 min 276 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 767 min 495 nəfər testdən keçirilib. Hazırda 800 nəfər reanimasiyada, 401 xəstə süni nəfər aparatına qoşulmuş vəziyyətdədir.