19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Koronavirusa yoluxmada PİK HƏDD

22.05.2020

Son həftə ərzində pik həddə olaraq 158 nəfərin koronavirusa yoluxması qeydə alınıb.
Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Test tədqiqatlarımız davam edir. Ötən həftə 755 nəfər koronavirusa yoluxma faktı qeydə alınmışdı, bu həftə ərzində isə 581 nəfərin yoluxması qeydə alınıb.
Bu günə qədər 3855 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bu göstəricilər sərt karantin qaydaları yumşaldıqdan sonra stabilləşməyə meyilli olduğu müşahidə olunur. Lakin bu rahatlaşmağa əsas vermir. Buna görə də tədqiqatlar davam edəcək və mütəmadi olaraq məlumatlar veriləcək".
O bildirib ki, qarşıdakı günlərdə sağalanların sayının daha yüksək olacağı gözlənilir: "Bu həftə ərzində 581 nəfər yoluxub, 384 nəfər sağalıb. Ötən həftə isə 755 nəfər yoluxmuşdusa, 365 nəfər sağalıb. Doğrudur, həftə başa çatmasa da, sağalanların sayında artım müşahidə olunur. Ötən həftə və bu həftə ərzində 7 nəfərin ölüm halı qeydə alınıb".
Ramin Bayramlı əlavə edib ki, Bakı Şəhəri üzrə 47, 4 faiz koronavirusa yoluxma faktı qeydə alınıb: " Bakı, Gəncə, Lənkəran, Yevlax, Salyan, Cəlilabad, Göyçay, Abşeronda, yoluxma halları üstünlük təşkil edir. Bu göstəricilər göstərir ki, vətəndaşlarımız qətiyyən arxayınlığa yol verməməlidirlər"