27 05 2020-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Yeni müavinlər kollektivə təqdim edildi - FOTO

22.05.2020

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunmuş Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubov və Namiq Əsgərova "Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlət başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edib, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqanlarında xidmət etməkdən şərəf duymalarını ifadə ediblər.
Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin daim uca tutacaqlarını diqqətə çatdırıblar.