14 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"İkinci dalğadan qorxmaq lazım deyil"

22.05.2020

"İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil”.
Bunu "REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O deyib ki, tək və böyük dalğa daha təhlükəlidir: "Hazırda tək böyük dalğadan qorunmuş sayılırıq. Yumşalmadan sonra virusa yoluxanların sayının artması ilə dalğa olub-olmadığını ancaq geriyə baxaraq görmək olar. İndiyə qədər artım var, ona görə əhalinin fərdi olaraq görməli olduqları işlər davam etməlidir. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir”.