27 05 2020-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Hakimlər karantinə alınır - Türkiyədə

22.05.2020

Türkiyə Futbol Federasiyası (TFF) çempionatlardan sonra hakimlərlə bağlı da qərar qəbul edib.
Koronavirus pandemiyası səbəbindən dayandırılan futbol liqalarını iyunun 12-dən bərpa etməyi planlaşdıran federasiya referiləri mövsümün sonuna qədər təcrid vəziyyətində saxlayacaq.
43 hakim, həmçinin VAR hakimləri iyunun 5-dən TFF Riva bazasında bir araya gələcək və iyulun 26-dək orada məskunlaşacaq. Oyunlara hazırlıqlarını həmin bazada keçirəcək ədalət təmsilçiləri mövsümün sonuna qədər evlərinə gedə bilməyəcək, karantin şəraitində olacaqlar. Bir sözlə, hakimlər təxminən iki aya yaxın bazanı yalnız oyunu idarə etmək üçün tərk edə biləcəklər.
Qeyd edək ki, Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.