27 05 2020-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Türkiyə Superliqası iyunun 12-də başlayacaq

21.05.2020


Koronavirus pandemiyası səbəbindən təxirə salınan Türkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.

 "NTV Spor” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların prezidentləri ilə videokonfrans formatında keçirilmiş iclasdan sonra deyib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

N.Özdemirin sözlərinə görə, Superliqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.