20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

“Mənim üçün ən yaxşı futbolçu Messidir”

20.05.2020

"Real” və "Barselona”nın keçmiş yarımmüdafiəçisi Robert Prosineçki dünya tarixinin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Bu barədə "BeIn Sports” məlumat yayıb.
Keçmiş futbolçu bütün oyunçular arasında Argentina millisinin hücumçusu və "Barsa”nın kapitanı Lionel Messini fərqləndirib və onun uzun illərdir seçildiyini, tam fərqli futbol oynadığını qeyd edib.
"Mənim üçün ən yaxşı futbolçu Messidir. Bəzi insanlar Maradona, Kriştianu Ronaldu, Ronaldo deyəcəklər. Onlar fərq yaradan əla oyunçulardır. Ancaq birini seçsəm, mənim üçün ən yaxşısı Messidir”, - deyə, R.Prosineçki bildirib.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.