25 05 2020-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
25/05/2020
24/05/2020
23/05/2020
22/05/2020
21/05/2020

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb

29.03.2020

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına əməl olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.