01 10 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
01/10/2020
30/09/2020
29/09/2020

"Bürc-Xəlifə"dən mesaj var

25.03.2020

Dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə"nin üzərində koronavirusun yayılmasına qarşı ərəb və ingilis dillərində "Evdə qalın!" mesajı görüntülənir.
AZƏRTAC xəbər verir ki, 163 mərtəbəli binanın üzərində gecələr görünən bu çağırış insanları COVID-19 virusundan qorunmaq üçün küçələrə çıxmamağa səsləyir. Birləşmiş Ərəb Əmirliklərində başladılan "Evdə qal, təhlükəsizliyini təmin et!" kampaniyası bu Körfəz ölkəsində təhlükəli virusdan 2 ölüm və 248 yoluxma halı fonunda davam edir. Hökumət vətəndaşların mobil telefonlarına da eyni mesajı göndərir və onları zərurət olmadığı halda öz evlərini tərk etməməyə çağırır. İndi telefona gələn zəngi qəbul etməzdən əvvəl mobil operatorlar əhaliyə bu barədə xəbərdarlıq edirlər.
Bundan başqa, oktyabrda açılışı nəzərdə tutulan möhtəşəm tədbir - "Dubai-Expo 2020"nin təşkilat komitəsi üzvlərindən birinin də koronavirusa yoluxduğu bildirilir.