01 10 2020-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
01/10/2020
30/09/2020
29/09/2020

İtkin düşənlər tapılıb

25.03.2020

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 16 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan dördü əvvəlki dövrlərlə bağlı cinayətlər olub. Cinayətlərin üçü quldurluq, ikisi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində beş faktın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olan ümumilikdə dörd nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan üç nəfər tapılaraq ailəsinə təhvil verilib.