28 03 2020-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
27/03/2020
26/03/2020
25/03/2020
24/03/2020
23/03/2020

Daha 230 azərbaycanlı vətənə qayıdıb

25.03.2020

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirir.
"Azərbaycan Hava Yolları” QSC-dən (AZAL)  bildirilib ki, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.